Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə nazirliyinin bu laboratoriyası yenidən açıldı

  • 2023.12.28 16:03
  • 809 Baxış
Səhiyyə nazirliyinin bu laboratoriyası yenidən  açıldı

Kliniki Tibbi Mərkəzin (KTM) ərazisində fəaliyyət göstərən laboratoriya mərkəzində bir neçə aydır işləmədiyi deyilən analizlərin cavablarının hazırlanması üçün istifadə edilən avadanlıq təmir edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin toksikoloji-kimyəvi müayinələr üzrə referens laboratoriyasındakı cihazın fəaliyyəti tam bərpa edilib. Artıq laboratoriyada böyrək və sümük iliyi köçürülən şəxslərin müayinələri aparıla bilər.

Xatırladaq ki, dekabrın 26-da sözügedən laboratoriyaya müraciət edən pasiyentlər bildirmişdilər ki, həmin cihaz artıq bir neçə aydır işləmir. Yüzlərlə insanın mütəmadi şəkildə müayinədən keçməli olduğu bu cihazın işləməməsinə səbəb ehtiyat hissələrinin sıradan çıxması olub.