İnfeksion xəstəlikləri və klinik mikrobioligiya üzrə mütəxəssis Fərrux Sədirov Kliniki Tibbi Mərkəzin baş infeksionisti vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Sədirov Fərrux Cəbrayıl oğlu 1983-cü ildə Bakıda anadan olub. 2006-cı ildə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsini bitirib. 2006-2007-ci illərdə Kliniki Tibbi Mərkəzdə həkim-nevroloq kimi internatura təhsili alıb. 2014-2020-ci illərdə Türkiyənin İstanbul Universitetində Cərrahpaşa Tibb fakültəsində İnfeksion xəstəliklər və Klinik mikrobiologiya üzrə təhsilini davam etdirib.
2008-2009-cu illərdə M.Əliyev adına Respublika Təsərrüfat Hesablı Poliklinikada həkim-nevropotoloq, 2009-2011-ci illərdə 1 saylı Bakı dəmiryol poliklinikasında həkim-nevropotoloq, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanları, N-saylı hərbi hissə həkimi kimi fəaliyyət göstərib.
2020-2021-ci illərdə TƏBİB-in Koordinasiyası şöbəsinin Cənub ərazi bölməsi üzrə koordinatoru vəzifəsində çalışıb.