Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib.
"Medicina" xəbər verir ki, onlardan 126 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.