Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Klinik Tibbi Mərkəzdə şəhid ailələri və qazilərlə görüş keçirildi

  • 2023.11.07 16:27
  • 1880 Baxış
Klinik Tibbi Mərkəzdə şəhid ailələri və qazilərlə  görüş keçirildi

Kliniki Tibbi Mərkəzdə 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, şəhid ailələri, qazilər və Mərkəzin işçi heyəti iştirak edib.

KTM-in direktoru Könül Ələkbərov tədbirdə çıxış edərək şəhid ailələri və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərildiyini bildirib.

KTM-in direktoru həmçinin hazırda müəssisədə 8 qazinin müalicəsinin davam etdiyini, eyni zamanda bir neçə Vətən Müharibəsi iştirakçısının da Mərkəzdə işlə təmin olunduğunu və mümkün olduqca, onlara öz dəstəyini heç bir zaman əsirgəməyəciyini qeyd edib.

Daha sonra Mərkəzin həmkarlar təşkilatının sədri Almaz Hacıyeva çıxış edib. O, Zəfər Günü ilə bağlı 32 şəhid ailəsinə eləcə də, qazilərə maddi yardım təqdim edildiyini bildirib.

MEDİCİNA.AZ