Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Klaustrofobiya nədir? - Səbəbləri və müalicəsi

  • 2019.11.13 13:35
  • 7295 Baxış
Klaustrofobiya nədir? -  Səbəbləri və müalicəsi

Klaustrofobiya, qapalı yerlərdən qorxmaq fobiyasıdır. Klaustrofobiyası olan
insanlar, lift və ya tunel kimi qapalı və qaranlıq yerlərdən panika vəziyyətinə
düşürlər.


 



Belə fobiyası olan insanlar
xüsusi ilə nəinki lift, kiçik otaq, müxtəlif kabinetlər, eləcə də supermarketlər,
kinoteatrlar, çox sayda ziyarətçi salonlarında beləolmaqdan qorxurlar.


 


Medicina.az xəbər verir ki, belə
insanlar qapalı və dar məkanlarda, nəfəs
ala bilməmə, boğuma və orada ömürlük qalabilməkdən qorxurlar. Əsasən uşaqlıq dövründə hər
hansı bir travma verici hadisə yaşamış insanlarda klaustrofobiya görmək olar.
Bu səbəbdən klaustrofobik insanların bu cür qapalı məkanlarda qalmamalıdırlar.



Klaustrofobiyanın
əsas simptomları:



-Qapalı yerdən qorxmaq



-Tez-tez nəfəs alma



-Tərləmə



-Ürək ritminin artması



-Ürəkbulanma



-Qoru hissi



Adətən bu fobiyanın aradan qaldırılması üçün
psixoterapiya və müxtəlif psixotrop maddələrin qəbulu tövsiyyə edilir. Klaustrofobiyanın yüngül müalicəüsulu hipnozterapiyasayılır. Hipnozterapiyada bir neçə seansdan
artıq şəxs qorxularından azad olur.
Qeyd etmək lazımdır ki, bu metodika digərlərindən daha
effektlidir, yalnız heç bir metod 100% xəstəlikdən qurtulmağa zəmanət
vermir.



Klaustrofobiya ilə necə
yaşamalı?



Fobiyalı şəxsəgər həkimə müraciət edib müalicə
almırsa, bu zaman xəstəlik xroniki formaya keçir. Xroniki halda isə insan sıxlıq olan məkanlardan
qaçmağa çalışır, metrolardan, ictimai yerlərdən imtina edir,əhatə dairəsi
darlaşırvə bu zaman şəxsdə özünə qapanma, insanlardan uzaqlaşma baş
verir.



Əvvəlcədən xəstəliyin müalicəsinin effektiv olması
mümkün deyil. Çünki bəzi hallarda, psixoterapiya kursu fobiyanı tam dəf edə
bilmir. Qismən olaraq pristuplar az-az tutmağa davam edir. Bəzi hallarda isə
fobiya özü özünə daxilə müdaxilələrsiz dəf oluna bilər.


Qeyd edək ki, xəstəliyin
simptomları kiçiklərə nisbətən böyüklərdə daha az hiss olunur.


 

Klaustrofobiya nədir? -  Səbəbləri və müalicəsi
Klaustrofobiya nədir? -  Səbəbləri və müalicəsi