Zəngin masa arxasında kalorili yeməklərlə birlikdə spirtli içki içməyin pis nəticələri ola bilər.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada Sasseka Universitetinin əməkdaşı Cenni Morris "The Conversation” jurnalına verdiyi müsahibəsində son illərdə piylənməndən əziyyət çəkən insanların sayının sürətlə artmasının səbəblərini izah edib. O, piylənməyə səbəb olan 5 faktoru açıqlayıb.
Onun fikrincə, birinci səbəb böyük porsiyalardır. Boşqabda yemək nə qədər çox olarsa, insan bir o qədər çox yeyəyəcək.
Morris piylənmənin digəri səbəbini masanın zəngin olmasıyla izah edib. O, hesab edir ki, bayram günlərində çoxlu xörəklər bişirilir və nəticədə, insan dörd dəfə çox yeyir.
Üçüncü amil yemək yeyə-yeyə kitab oxumaq, televizora baxmaq, qədcetlərdə vaxt keçirməklə bağlıdır. Qeyd olunur ki, belə məqamlarda insan doyduğunu pis başa düşür. Odur ki, aclığı azaltmaq üçün daha çox yemək tələb edir.
Eyni effekti alkoqollu içkilər də yaradır və bu amil siyahıda dördüncü göstərilib.
Sürətlə kökəlməyimizin daha bir psixoloji və vacib amilini Morris ziyafətlərdə "təqlid effekti" adlandırıb. Belə ki, qida qəbulu zamanı qonaqlar digər qonşualarının xoşuna gəlmək üçün hər şeyi sınamaq istəyir.