Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kök şirəsinin 7 FAYDASI

  • 2018.11.19 15:22
  • 23000 Baxış
Kök şirəsinin  7 FAYDASI
Kök faydalı tərəvəzdir, sağlamlığa və tonusa yaxşı təsir göstərir. Kökün özü kimi şirəsi də cana xeyli faydalıdır.


Medicina.az kök şirəsinin 7 faydasını təqdim edir:


Kök şirəsi gözlər üçün xeyirlidir və gecə vaxtı görməni yaxşılaşdırır. Bu, kökün tərkibindəki lyütein, beta-karotin və lyüsinin miqdarı ilə bağlıdır. Bu tərəvəz növü həm də görməni yaxşılaşdıran «A» vitamini ilə zəngindir - onun tərkibində orqanizm üçün vacib olan gündəlik vitamin normasının 40 faizi olur.


Kök şirəsi qocalma prosesini yavaşıdır 


Aşkar olunub ki, müntəzəm olaraq kök şirəsi içmək qocalmanın görünən təzahürlərinin əmələ gəlməsini yavaşıdır. Səbəb - bu tərəvəz antioksidantlarla zəngindir, ona görə də o, hüceyrələrin bərpa olunmasına kömək edir, dərini daha elastik və yumşaq saxlayır. 


Ürək xəstəlikləri riskini azaldır 


Kök şirəsindən istifadə ürək xəstəlikləri riskini azaldır. Bir tərəfdən bu, immun siteminin güclənməsi, digər tərəfdən isə orqanizmdə xolesterinin səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Əslində kök - elə bir tərəvəzdir ki, tərkibində zərərli yağlar yoxdur. Ona görə də o, ürək-damar sisteminin fəallığını yaxşılaşdıran pəhrizlərdə tövsiyyə olunur.


Detoksikasiya müalicəsində ideal vasitədir


Məyyən müddətdən-müddətə orqanizmdə cəmlənmiş toksinlərin kənar edilməsi üçün orqanizmin detoksikasiyası tövsiyyə olunur. Bu, sərbəst radikallarla mübarizədə orqanizmə kömək edir. Bu radikallar yorğunluğa, baş ağrılarına və dəri problemlərinə səbəb olur. Kök şirəsi tərkibindəki vitaminlərin və mineralların sayəsində, bu tip pəhrizlər üçün ideal vasitədir.


Dişlər və damaq üçün faydalıdır


Kök şirəsindən istifadə ağız boşluğunun sağlamlığı və onun gigiyenası üçün çox faydalıdır. Tədqiqatlar göstərir ki, kök şirəsi damağın və dişlərin səthini təmizləyir və bu yolla dişlərdə «diş daşı»nın cəmlənməsinin qarşısını alır.


Beyinin fəaliyyətini stimullaşdrır


Kök vitaminlərlə, minerallarla və kletçatka ilə zəngindir. Bu komponentlər orqanizmi fəallaşdırır və tonusu qaldırır, qan dövranını stimullaşdırır və bununla da qanın beyinə axınını artırır. Bu, daha yüngül konsentrasiyaya və yaxşı assosiativ düşünməyə gətirib çıxardır.


Mədə üçün də faydalıdır


Yenə də zəngin tərkibinə görə, kök mədə üçün sağlam pəhrizdə tövsiyə olunur. Kök şirəsi köp əmələ gəlməsinin qarşısını alır və peristaltikanı (peristaltika - qidanı qarışdıran və hərəkət etdirən mədə və bağırsaqların hərəkətidir) yaxşılaşdırır.


Mirzə Ağ

Medicina.az