Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kök hüceyrələrini istehsal edən cihaz hazırlanıb

  • 2017.10.07 10:25
  • 12029 Baxış
Kök hüceyrələrini istehsal edən cihaz hazırlanıb
Yapon araşdırmaçılar qrupu tərəfindən iPS - pluripotent kök hüceyrələrini kütləvi istehsal edən yeni cihaz hazırlanıb.


Medicina.az xəzər xəbərə istinadən məlumat verir ki, həmin hüceyrələr orqanizmin regenerativ tibdə istifadə edilən hüceyrələrinin və toxumalarının becərilməsi üçün çoxlu sayda lazımdır.


Yeni cihaz, avtomatik olaraq karbon dioksidin sıxlığını 5 faiz həddində saxlayır və bu, hüceyrələrin ən səmərəli şəkildə bölünməsinə imkan yaradır. Alimlər bildiriblər ki, bu, 20x30 santimetr ölçüdə nazik plitələrin köməyi ilə mümkün olub.


Cihazın bir dəfədə təxminən bir milyard iPS hüceyrəsi istehsal etdiyi bildirilir.