Beyninə qan sızan, daha sonra isə beyninə yığılan maye səbəbindən 3 dəfə əməliyyat olunan aktyor Səttar Tanrıöğen evə buraxılıb.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı aktyorun vəziyyəti yaxşıdır. Onun 3 ay sonra çəkilişlərə qayıda biləcəyi ehtimal edilir.
Xatırladaq ki, "Kızılcık şerbeti"ndə "Abdullah" obrazını canlandıran Səttar Tanrıöğen səhhətində yaranan problemə görə serialdan ayrılmağa məcbur olub. Ekran işində onu həmkarı Ahmet Mümtaz Taylan əvəzləyib.
Aysel