Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kivinin faydaları və zərərləri - Kimlərə olmaz?

  • 2023.03.28 10:32
  • 1961 Baxış
Kivinin faydaları və zərərləri -  Kimlərə olmaz?
Kivi həm ləzzəti, həm də sağlamlığa faydaları ilə diqqət çəkir. Bir çox vitaminlərlə zəngindir.

Tərkibində A, E və K vitaminləri var. Həmçinin sink, maqnezium, kalium və kalsium kimi minerallarla da zəngindir. Lakin bununla yanaşı, onun müəyyən ziyanları da var.

Bakupost.az kivinin fayda və ziyanlarını təqdim edir.

Faydaları:

-Kivinin tərkibində çoxlu C və E vitaminləri var. Hava dəyişikliyindən yaranan soyuqdəyməyə çox faydalıdır. O, həmçinin uşaq inkişafını dəstəkləyir. Gündə 2 kivi yeməklə, gündəlik C vitamini ehtiyacının böyük hissəsi qarşılana bilər.
-Kivi kaliumla zəngin meyvədir. Xüsusilə bədəninizdə kramplar varsa və idmandan sonra narahatlıq yaşayırsınızsa, kivi yeyərək bu problemlərdən xilas ola bilərsiniz.
-Kivi sümük inkişafını da əhəmiyyətli dərəcədə dəstəkləyir. Maqnezium və kalsiumla da zəngindir. Qadınlar osteoporoz riskinə qarşı müntəzəm olaraq bol-bol kivi istifadə etməlidirlər.
-Həmçinin yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqların müntəzəm işləməsini təmin edir və həzm sistemini sürətləndirməyə kömək olur.
-Astma simptomlarını azaldır. Bu, ağciyər funksiyasını yaxşılaşdırır və uşaqlarda xırıltının azalmasına kömək edir.
-Kivi kollagenin sintezinə kömək edir. Buna görə də sağlam və hamar bir dəriyə sahib olmanıza kömək edir. Dəridəki kəsikləri və yaraları tez müalicə etməyə kömək edir. Bundan əlavə, tərkibindəki E vitamini sayəsində incə qırışların və cizgilərin aradan qaldırılmasında təsirli olur.
-Diabet xəstələrinə faydalıdır. Kividə aşağı glisemik indeksə malikdir.
-Qan təmizləyici xüsusiyyətlərə malikdir. Laxtalanmanın qarşısını alır.
-Qan təzyiqini tənzimləyir. Ürək sağlamlığını qorumağa kömək edir.
-Tənəffüs yolu infeksiyalarına qarşı təsirlidir.
-Görmə qabiliyyətini yaxşılaşdırır. Arıqlamağa kömək edir və yuxu rejiminizi qoruyur.

Kivinin faydaları ilə yanaşı zərərləri də var. Qastrit, xora və reflüks kimi mədə pozğunluğu olan insanlar bu meyvədən çox istifadə etməməli, istifadə üçün həkimə müraciət etməlidirlər.

Eyni zamanda, kivi bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Böyrək xəstəliyi olanlar da tərkibindəki kalium dəyərinə görə bu meyvəni həkimlə məsləhətləşərək istifadə etməlidirlər.