Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...

  • 2019.09.17 16:33
  • 8807 Baxış
Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...

Kivi meyvəsi C vitamini və tərkibindəki minerallar sayəsində qida dəyərləri ilə zəngindir. C vitamininin mənbəyi olan və qış aylarında yediyimiz kivi ilə 6 kilo arıqlamaq mümkündür. Bu birtərəfli pəhriz olduğundan qısamüddətli və zərərsiz bir üsuldur.

 Medicina.az xəbər verir ki, kivi pəhrizini etdikdən sonra ara verməli və iki ay ərzində yenidən başlamamalısınız. Qida və içkiləri kivi pəhrizinin siyahısına uyğun qəbul etməlisiniz.


 

1 gündə ən çox 10 ədəd kivi yeyin. Daha çox yemək sağlamlığınız üçün zərərli ola bilər.

Kivi pəhrizi yüksək qan təzyiqi olan insanlar üçün zərərli olmasa da, aşağı qan təzyiqi xəstələri üçün tövsiyə edilmir.

Pəhriz edərkən spirtli içkilər, qazlı sular və hazır yeməklərdən kənar durmalısınız. 

 

Kivi pəhrizi belədir:

1-ci gün Səhər: Üç kivi, pendirli çörək, qaynadılmış yumurta, qəhvə və ya şəkərsiz çay

Nahar: 250 qram qaynadılmış toyuq və ya hinduşka əti, tərəvəz salatı, 5 ədəd kivi

Şam yeməyi: 200 qram yağsız pendir, çay və ya meyvə suyu, 3 kivi

Yatma vaxtı: 1 kasa qatıq

2.Gün Səhər: Qayğanaq, bir dilim tam buğda çörəyi və ya çovdar çörəyi,meyvə suyu, yarım kivi

Nahar: 300 qram qızartma balıq, pomidor, tam buğda çörəyi ilə hazırlanmıış çörəkarası, şəkərsiz çay və 5 ədəd kivi

Şam yeməyi: Toyuğun döş əti ( qızardılmış ), kivili meyvə salatı

Yatma vaxtı: 200 qram yağsız pendir və 1 ədəd kivi


Yuxarıdakı nümunəyə bənzər qidalar əlavə edərək iki həftə boyunca bu pəhrizİ tətbiq etsəniz, qısa müddətə çəkinizdən xilas ola bilərsiniz.
Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...