Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kitab mağazasında evlilik təklifi – Bakıda maraqlı anlar - VİDEO

  • 2019.07.04 17:06
  • 6652 Baxış
 Kitab mağazasında evlilik təklifi – Bakıda maraqlı anlar - VİDEO
Bu gün "Gənclik Mall”da yerləşən "Ali və Nino” kitab mağazasında maraqlı anlar qeydə alınıb. Medicina.az-ın BakuPost.az-a istinadən məlumatına görə, kitabsevər gənclərdən biri mağazada sevgilisinə evlənmək təklifi edib. Gənc xanım evlilik təklifi qarşısında həyəcanından göz yaşlarını saxlaya bilməyib. "Ali və Nino”nun sahibi Nigar Köçərli Bakupostaz-a deyib ki, evlilik təklif edən gənc kitabsevər biridir və uzun illərdir onların müştərisidir: "Ruslan belə bir fikri olduğu ilə bağlı mənə müraciət elədi. Biz də əlbəttə razılıq verdik. Müəyyən hazırlıq işlərini görmək üçün şərait yaratdıq. Çox maraqlı bir səhnə idi, hamı həyəcanla izləyirdi. Sevinirik ki, gənclər belə bir xoşbəxt anlarını kitab mərkəzində yaşayırlar”. N.Köçərli ilk dəfə belə bir hadisə ilə rastlaşdığını bildirib. Evlilik təklifindən maraqlı görüntüləri təqdim edirik: