Kistlər içi maye iləı dolan torbacıq törəmələrdir. Əsl kistin xarici qatı var. Kistlər şiş deyil. Onlar hər hansı kisə kimi orqanda mayenin və axıntının sovrulması və təbii olaraq çıxması prosesi pozulan zaman yaranır.
Böyük ölçülü və içi dolu kistlər cərrahi əməliyyatla götürülür. Kistlər daha çox qadınlarda rast gəlinir.
Medicina.az əməliyyata qədər çatmadan, kistlərə qarşı effektiv olan bitki və qədim resepti təqdim edir.
Bu atpıtrağı deyilən (rusca- lopux) bitkidir.
Bitki dəmləməsi hazırlayın:
Atpıtrağı yarpaqlarını yuyub, qurudub, narın edirik.
300 qr bitkinin üzərinə 150 ml araq süzürük.
Şüşə qabda qaranlıq sərin yerdə 1 həftə saxlayırıq. Sonra süzürük.
Gündə 3 dəfə 1 çay qaşığı yeməkdən 1 saat öncə içirsiz. Kurs 2 aydır. Sonra 2 ay fasilə verirsiz.