Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişinin cinsi infeksiyaya yoluxduğunu necə bilməli – Qadınların diqqətinə

  • 2019.09.02 21:54
  • 27038 Baxış
Kişinin cinsi infeksiyaya yoluxduğunu necə bilməli –  Qadınların diqqətinə
Cinsi yolla keçən xəstəliklər, infeksiyaların insanı necə, hardan və kimdən yoluxduracağı məlum deyil. Çünki sən normal sağlam həyat keçirib, bir partnyorla əlaqədə olsan da, qarşı tərəfin bir dəfə kənar şəxslə əlaqəsi kifayətdir ki, o da, sən də infeksiyaların əsiri olasız.


Medicina.az  kişinin cinsi infeksiyaya artıq yoluxduğunu göstərən bir sıra əlamətləri qadınların diqqətinə çatdırır. Simptomları vaxtında görün, özünüzü qoruyun


1.Penis, ətrafı, xayalar, yan və ətrafında bu əlamətlərə diqqət:


Axinti – ağ, qatı, sarı, yaşımtıl

Sızanağa bənzər yaralar, qabarcıqlar, suluqlar, xora kimi yaralar

Dərinin yumru qabarması

Qaşınma, ağrılı qaşınma

Şişkinlik, qızartı


2.Qasıq üzərində


Ləkələr, kiçik cücüyəm bənzər parazitlər, çox xırda, mikroskopiik qara, boz yumurtalar


3.Daxili  əlamətlər


Cinsi orqanlarda ağrı, discomfort, cinsi əlaqə  və sidik zamanı ağrı, sancı


Əgər kişi özünü şübhəli aparırsa, simptomlara diqqət yetirməyə qoymursa, əlaqədən sonra dərhl hamama qaçın dəqiqələrlə orda qalırsa, alt paltarını gizlədirsə, özü yuyursa, qorunmasız əlaqəyə üstünlük verdiyi halda, artıq qoruyucuya üstünlük verirsə, deməli,  cinsi infeksiyaya yoluxduğunun fərqindədir, lakin müayinə və müalicəyə ya getmir, ya da hələ yeni başlanılıb. 


Vaxt itirmədən onu da götürüb həkimə gedərək özünüz də yoxlanın. 3 ay müddətində hər hansı əlaqədən çəkinin

 


Kişinin cinsi infeksiyaya yoluxduğunu necə bilməli –  Qadınların diqqətinə