42 yaşlı Kamerunlu Leon 15 il əvvəl motokislet qəzası zamanı çənə və boyun hissəsində yumşaq toxumaları zədələmişdi. Yaxınlıqda yüksək profilli xəstəxana olmadığından xəstənin yaralarını necə oldu tikmişdilər.
Zamanla yaraların yerindən keloid toxuma çıxmağa və böyüməyə başlayır. Getdikcə ağırlaşan şiş kişinin sinəsinə kimi çatıb, ona mane olur, üstəlik bütün kənd ona gülür, uşaqlar isə ondan qorxurdu.
Medicina.az xəbər verir ki, yaxınlıqdakı hospitalda xeyriyyəçilik aksiyasında plastik cərrah fermeri bu dəhşətli şişdən xilas etməyə razı olub. Cərrahın sözlərinə görə, bu toxuma təcrübəsində gördüyü ən nəhəng keloid toxuma idi.
Əməliyyatdan sonra özündə xeyli yüngüllük hiss edən Leonu üzündəki şişsiz görən kiçik övladları onu tanımayıb.