Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişinin ürəyinə noxud boyda komputer yerləşdirdi – Kardiocərrahiyyədə yeni TREND

  • 2019.12.30 15:55
  • 3616 Baxış
Kişinin ürəyinə noxud  boyda komputer yerləşdirdi –  Kardiocərrahiyyədə yeni TREND

İsraildə hazırlanan, dünyada ilk simsiz, naqilsz ürəyə birbaşa implantasiya olunan mikrokompüter V-LAP hazırda ABŞ və Avropada real xəstələr üzərində kliniki sınaq ərəfəsindədir.


Medicina.az xəbər verir ki, hazırda cəmi 9 ürək çatışmazlığı olan xəstəyə bu mikrocihaz yerləşdirilib. Xəsətlərin sayını 30-50 nəfərə çatdırmaq planlaşdırılır.

İlk pasiyentlərdən biri 71 yaşlı Britaniya vərəndaşı Endru Smitdir.

V-LAP noxud ölçüsündə, miniatür zontik formasında sensordur. O, ürək arakəsməsinə möhkəm yapışır və ürəyin işini nəzarətə alıb, tənzimləyir. İmplantasiya 1 saat çəkir.

Hər 2-3 gündən bir xəstə ürək nahiyəsinə üstdən ekran kimi xüsusi cihaz qoyur və bu cihaz ürəkdəki sensordan ürəyin işi ilə bağlı informasiyanı “köçürür”.

Həkimlər alınmış məlumatı analiz edir və müalicə ilə bağlı dəyişikliklər edir, lazım gələrsə təcili əməliyyat təyin edə bilir.
Alimlər hesab edir ki, bu uğurlu tətbiq ürək çatışmazlığı olan xəstələrin ömrünü uzatmağa yardım edəcək və həkimlərə daha dəyərli, dəqiq informasiya verəcək.