Moskvada bir kişinin ürəyi 24 saat ərzində 25 dəfə dayanıb.
“Medicina” xəbər verir ki, 62 yaşlı Moskva sakini bir gündə 25 dəfə ürək tutması keçirib.
Bundan əvvəl kişinin ürəyində daim yenidən işə salan implantasiya edilmiş defibrilator var idi. Ancaq bir anda cihaz işləməyi dayandırıb. Buyanov xəstəxanasının həkimləri unikal üsulla əməliyyat keçirməyə qərar verdilər.
Moskva merinin müavini Anastasiya Rakova bildirib ki, həkimlər öz təcrübələrində ilk dəfə radiotezlikli kateter ablasiyasından istifadə edərək ürək əməliyyatı edib. Əməliyyat yeddi saatdan çox davam edib. Nəticədə şəhər sakininin həyati orqanının fəaliyyəti tam bərpa olunub.
Aygün Musayeva