51 yaşlı pasiyentin sidik kisəsində sanki quş yumurta qoyub, yuva qurmuşdu. USM-də sidik kisəsindəki patologiyanı görən həkimlər kişinin bu vəziyyətdə necə gəzməsinə belə heyrət ediblər. Moskvalı kişi uzun müddət özünü xalq təbabəti ilə müalicəyə çalışıb, artıq sidik kisəsinin ağzı tam tutulanda xəstəxanaya müraciət edib.
Medicina.az xəbər verir ki, 52 saylı Moskva şəhər xəstəxanasının urologiya şöbəsində təcili əməliyyata alınan xəstədə 2 sm-lik açıq kəsikdən nəhəng daşlar xaric olundu.
- Belə daşlar adətən infravezikal obstruksiya fonunda yaranır. Xəstədə prostat vəzi böyüməsi var idi. Vaxtında müalicə etmədiyindən sidiyin böyük hissəsi kisədə qalırdı, bu da duzların kristallaşıb daşlaşmasına səbəb olub.
Daşlar bu ölçüyə 2 il ərzində gəlib çatıb. Ümumilikdə 150 qram daş çıxarıldı. Təcrübəmizdə 7-8 sm-lik daşlar çıxarılan əməliyyatlar da var. Kişilər prostat vəzinin böyüməsinə ciddi yanaşıb, vaxtında həkim müayinəsindən keçməlidir – deyə uroloq cərrah bildirib.