Azərbaycanda çox zaman xəstələr diaqnoz tapılmadıqda və müalicələrin effekti olmadıqda "xaricə getsəydim, dərdimi daha tez tapardılar” deyə düşünür və çoxları büdcəsi imkan verirsə, yaxın ölkələrə gedir. Bizə elə gəlir ki, İranda, Türkiyədə, Almaniyada bütün həkimlər şəfa dağarcığıdır və istənilən xəstəliyin diaqnozunu dərhal qoyub, uğurlu müalicə edirlər.
Unuduruq ki, həmin ölkələrdə yaşayan vətəndaşlar da çox zaman xəstəliyinin diaqnozunu tapa bilmir, çoxsaylı həkimlər gəzir, bəzən uğursuz əməliyyat və səhv müalicə olunurlar.
Buna misal olaraq, sizə Türkiyədə ticarətlə məşğul olan Osman Kaynakçıoğlu adlı vətəndaşın başına gələn möcüzə kimi xəstəlik tarixçəsini təqdim edirik. Qəflətən titrətmə, halsızlıq, qızdırma simptomları ilə yatağa düşən xəstəyə çox yerdə olduğu kimi soyuqdəymə diaqnozu qoyulub, antibiotiklər təyin olunur. Lakin evdə 1 həftəlik müalicədən sonra daha da pisləşən xəstə, tam müayinə olunmaq üçün təkrar klinikaya gəlir. Aktiv həyat sürən, idmanla məşğul olan, əsgərlik keçmiş bir insanın 46 yaşından sonra qəfildən belə bir hala düşməsi onun üçün də şok idi. Həkimlər onda 2 ayın içində ən müxtəlif diaqnozlar təxmin etdilər: mikrob, infeksiya, bruselyoz, ağciyər xərçəngi, öd kisəsi. Ən son həkim isə tomoqrafiyaya baxaraq "sənin sağ böyrəyin yoxdur, əsgərlik çəkə bilməzdin” deyəndə pasiyent qulaqlarına inanmır.
10 gündə 5 kq arıqlayan Osman Kaynakçının bircə qarnı qalmışdı: şişkin və sərtləşmiş. Elə bundan şübhələnən ailəsi onu özəl klinikaya aparır. Burda isə uzman həkim ona təcili öd kisəsi götürülməsini məsləhət bilir.
Xəstə əməliyyata razılaşsa da, ürəyində diaqnoza və həkimə inamsız idi. Çünki bu qədər problemin öd kisəsindən qaynaqlana bilməsi inandırıcı gəlmirdi.
Son anda əməliyyatdan imtina edən ailə axırıncı dəfə də İstanbula gedib şanslarını sınamaq qərarını verir. İstanbulda Liv Hospitalda professor, uzman cərrah Hakan Yanarın qəbuluna yazılıb, bütün müayinə sənədlərini aparırlar. Professor bütün sənədləri incələyib, monitora baxan kimi " Xəstə harda, kimdi” deyə soruşur. Osman Kaynakçıoğlu "mənəm” desə də həkim gözlərinə inanmır. "Sənin həyatda sağ qalmağın, bura gəlməyin mümkün deyil” – deyə heyrətini gizlətmir.
Professor xəstənin qarın boşluğunda çox nəhəng, çəkisi 6-7 kq-lıq bir şiş olduğunu görür. Bu şiş onun bütün daxili orqanlarını sıxıb bir kənara yığmışdı. O qədər böyük idi ki, çıxarılması və ondan sonra xəstənin sağ qalması çətin olacaqdı. Həkim ona Sakaryada öd kisəsi əməliyyatı olsaydı, o əməliyyatdan sağ çıxmayacağını da bildirir.
Osman Kaynakçıoğlu əməliyyata razı olur. Xəstənin qarnından həkimləri şoka salan 12 kiloqramlıq nəhəng kütlə çıxarılır. Kütlə böyrəkləri, bütün bağırsaqları, ödü bir kənara itələmiş, vacib damarları sarmışdı, ağciyərlərə, qaraciyərə metastaz verməmişdi. Şiş bir böyrəyi elə tutmuşdu ki, onu ayırmaq mümkün olmadı. Ona görə bir böyrək əməliyyat zamanı kəsildi. Xəstə çox qan itirəcəkdi, qan köçürülməsi lazım ola bilərdi. Professor ömründə belə bir əməliyyat etmədiyini və bundan sonra da çətin ki, edə biləcəyini etiraf etdi.
Xəstə reanimasiyada 2 gün izlənilərək bütün vacibi müalicələr olundu. Professor Osman bəyi qısa müddətdə tam sağlam ayağa qaldıracağına söz verdi və dediyi kimi də oldu. Yaxınları və ailəsinin aylardır davam edən cəhənnəm əzabı bitdi. Osman Kaynakçıoğlu əməliyyatdan sonrakı dövrü çox yaxşı keçirərək, 4 günə xəstəxanadan çıxdı.
İndi xəstə özünü elə hiss edir ki, sanki heç vaxt qarnında şiş olmayıb, sanki bütün olanları yuxuda görüb. Sakaryada həyatına və işinə dönən 46 yaşlı Osman Kaynakçıoğlu indi bütün diaqnozu tapılmayan insanlara yalnız bir məsləhət verir: Yubanmadan, İstanbula, Liv Hospitala get.