Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişinin öd kisəsindən 4000 daş çıxarıldı

  • 2025.01.29 13:44
  • 593 Baxış
Kişinin öd kisəsindən 4000 daş çıxarıldı

Hindistanlı Yogeş Yoll uzun illər dözülməz qarın ağrısından əziyyət çəkib.

Bu dəfə ağır tutmalarla xəstəxanaya çatdırılan kişini dərhal əməliyyata alıblar.

“Medicina” xəbər verir ki, öd kisəsindən çıxan daşların sayına görə Yogeş record vurub.

Belə ki, onun içində 4000 daş olan öd kisəsi çıxarılıb.

Hər daşın orta diametri 2 ilə 4 mm arasında idi.
Əməliyyat 3 saat çəkib.

"Bu cür əməliyyatlar zamanı biz adətən 2 ilə 20 arasında öd daşı götürməli oluruq, lakin mən bu əməliyyatı ömrümün sonuna qədər xatırlayacağam" – cərrah deyib.

“Biz daşları sayı qurtara bilmirdik, çünki minlərlə idi. Bu patologiyanın nədən qaynaqlandığı hələ də bəlli deyil. Öd daşları adətən qaraciyər tərəfindən həzm üçün istehsal olunan öd şirəsində balanssızlıqdan qaynaqlanır”.


Aygün Musayeva