Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişinin mədəsindən 63 qaşıq çıxdı

  • 2022.09.30 15:42
  • 1382 Baxış
Kişinin mədəsindən 63 qaşıq çıxdı


Hindistanda bir xəstənin mədəsindən 63 qaşıq çıxarıblar.

"Medicina" xəbər verir ki, 55 yaşlı kişi şiddətli ağrılarla gətirilib.

Həkimlər əvvəlcə narahatlığın şişdən qaynaqlandığını düşünsələr də, yaxından müayinə etdikdən sonra təəccübləndilər. Məlum olub ki, xəstənin qarın boşluğunda 63 qaşıq olub.


Xəstənin yaxınları onun yerli klinikalardan birində narkomaniyadan müalicə aldığını bildiriblər. Bundan əlavə, həkimlər kişinin psixi problemləri olduğu qənaətinə gəliblər.

Aygün Musayeva