İranda cərrahlar 36 yaşlı kişinin mədəsindən çıxanlardan şoka düşüb.
"Medicina" xəbər verir ki, o, şiddətli qarın ağrısı ilə xəstəxanaya gətirilib.
İmam Xomeyni klinikasının rəhbəri Əhməd Rza xəstənin mədəsində nəhəng kütlə aşkarladıqlarını və əməliyyat zamanı 3 kiloqram çəkidə, 450 ədəd orta və kiçik ölçüdə metal cisimlər xaric etdiklərini bildirib.
Bu cisimlar mismar, bolt, dəmir qırığı, qoz-fındıq qabığı idi.
4 saat çəkən əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşıdır.
Aygün Musayeva