Evli kişilərlə münasibət qadınlara yaxşı heç nə etmir. Bəs, əgər barmağında evliliyini sübut edən üzük yoxdursa, kişinin ailəli olmasını necə ifşa etmək olar?
“Medicina” xəbər verir ki, psixoloqların sözlərinə görə, bəzi əlamətlərə və vərdişlərə görə, kişinin evli olub – olmadığını müəyyən etmək asandır.
Qızların diqqət etməli olduğu məqamlar:
1. O, bir qayda olaraq, baxımlı və səliqəli olur, çünki ona baxacaq biri var. Əsas göstərici alt paltarıdır: təmiz, lakin darıxdırıcıdır, dəbli deyil. Bir qədər əyninə böyük ola bilər. Bunu arvadlar çox vaxt qəsdən edir.
2. Daha böyük söz ehtiyatına malikdir, xanımlarla bağlı bir sıra sirləri bilir: ətirlər, PMS,rəfiqələr, bədən və s.
3. Casuslar kimi evli adam da heç vaxt həyatından danışmır. Əgər mövzu açılıbsa, o zaman dərhal söhbəti çevirir.
4. Həmişə əlində telefonu möhkəm tutur, telefonla danışarkən kənara çəkilməyə çalışır, guya bunu nəzakət xatirinə edir.
5. Münasibətlərin əvvəlində subay kişilər yataqda özlərini daha təvazökar aparırlar ki, qadını ilk görüşdən qorxutmasınlar.
6. Evli kişi sevgilisini dostları və qohumları ilə tanış etməməyə çalışır, gizlədir.
7. Gələcək üçün planlar qurursa, ancaq yaxın həftədən, aydan danışır.
8. . Hədiyyələrə və restoranlara ilk başda pul xərcləyir. Lakin müəyyən zamandan sonra min bir bəhanələr gətirərək, xərclərin böyük hissəsini azaldır.
9. O, şəxsi xarakterli hədiyyələri qəbul etməkdən çox çəkinir və onlardan istifadə etmir. Yəni hədiyyə almamağa çalışır.
10. Evlilər tez-tez ezamiyyətlərə gedirlər, lakin hara, nə üçün getdiklərini gizlədir, demir və ordan heç nə paylaşmırlar.
11. “Evli” insan hətta gecə sevgilisi ilə qalsa da, küçəyə çıxmağa can atır, siqaret çəkmək, maşına baxmaq və s adı ilə adətən arvadına zəng edib, yalanlar uydurur.
Günay Quluzadə