Gənc oğlan qarajda iş görərkən alətlə əl baş barmağını kəsir.
O, hətta əl barmağının necə üzülüb kənara uçduğunu görsə də, onun taxta qırığı olduğunu düşünür.
Medicina.az xəbər verir ki, gənci dərhal xəstəxanaya çatdırırlar. Lakin cərrahlar bildirir ki, əgər 3 saat ərzində qopub kənara düşmüş barmaq tapılıb tikilməsə, Eyden barmaqsız qalacaq.
Bütün ailə və dostları barmağı axtarsa da tapa bilmirlər. Nəticədə həmin hissə sadəcə tikilir.
Eyden əlini barmaqsız təsəvvür etmir, bu onun işinə də xələl gətirirdi və gənc dərin depressiyaya düşmüşdü.
Bunu görən həkimlər ona ayaq barmağını həmin yerə tikməyi təklif edir və o razılaşır.
Qəzadan 5 ay sonra yeni əməliyyatla Eydenin sol ayağındakı baş barmağı götürülərək əlinə köçürülür. Əməliyyat uğurlu alınıb və barmaq normal açılıb yığılır.