Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişinin çox yeməkdən qida borusu partladı – Kuryoz olay

  • 2023.07.19 21:55
  • 1984 Baxış
Kişinin çox yeməkdən qida borusu partladı  – Kuryoz olay
Rusiyanın şəhərətrafı qəsəbələrinin birində 40 yaşlı bir kişi yemək borusu partlıyana qədər yemək yeyib.


“Medicina” xəbər verir ki, təcili yardım maşını ilə xəstəxanaya aparılan kişi retrosternal ağrı və qusma şikayəti ilə müraciət edib. Həkimlər xəstədə mediastinal toxumanın iltihabı və plevra boşluğunun irinlənməsi (empiema) ilə özofagusun kortəbii yırtığını aşkar ediblər.


Moskva vilayətinin Səhiyyə Nazirliyində məlumatında qeyd edilib ki, bu vəziyyət həddindən artıq yeməkdən yaranıb.
Vidnovskaya xəstəxanasının baş həkiminin müavini Konstantin Xadikovun sözlərinə görə, ilk mərhələdə cərrahlar qida borusunun zədələnmiş hissəsini çıxarıblar və plevra boşluğuna drenajlar quraşdırıblar: kişi bir neçə ay ərzində yemək yeyəcək. Qastrostomiya əməliyyatı düz 8 saat çəkib.


Müalicənin ikinci mərhələsi isə hələ qarşıdadır. Bir neçə aydan sonra süni özofagus yaratmaq üçün rekonstruktiv əməliyyat planlaşdırılır, o, bağırsağın və ya mədənin bir hissəsindən hazırlanacaq.


Tibbi proqnozlara görə, gələcəkdə kişi müstəqil yemək yeyə biləcək, qida və maye süni yaradılmış yemək borusundan keçəcək.

Günay Quluzadə