Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişinin burnundan süd dişi çıxarıldı – Tibbdə kuryoz

  • 2019.02.26 19:02
  • 7797 Baxış
Kişinin burnundan süd dişi çıxarıldı –  Tibbdə kuryoz
Bu nadir kliniki hadisə Danimarkada baş verib. Otorinolaringoloji klinikada 59 yaşlı kişinin burnunun müayinəsi zamanı həkimlər orda qəribə bir kütlə görürlər. Həkimlər kistdən şübhələnsə də, komputer tomoqraqrafiyası bunu təsdiqləmədi.


Medicina.az xəbər verir ki, endoskopik əməliyyat zamanı çıxarılan bərk kütlənin formalaşmış bir diş olduğu məlum olub. Belə ki, pasiyentin burun boşluğundan süd dişi çıxıbmış. Bu dişin çıxarılmasından sonra pasiyenti narahat edən simptomlar, burun tıxanıqlığı aradan qalxıb. 


İntranazal süd dişi – nadir rast gəlinən patologiyadır. Onun burun boşluğuna gedib çıxma səbəbi məlum deyil. Bu pasiyent etiraf edib ki, uşaqlıqda travmadan burnu sınmışdı. Ola bilər ki, həmin an süd dişi burun boşluğuna düşüb.