Sakaryada böyrək daşı şikayəti ilə xəstəxanaya müraciət edən 69 yaşlı vətəndaş belində açılan 1 sm-lik dəlikdən “Perkutan nefrolitotomiya” üsulu ilə əməliyyat olunub.
Medicina.az.az xəbər verir ki, baş verən əməliyyatda xəstənin böyrəklərindən 200 qram ağırlığında 1200 ədəd daş çıxarılıb. Xəstə 3 günlük nəzarətdən sonra evə buraxılıb.
Əməliyyatda tətbiq edilən texnika haqqında şərh verən Sakarya Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Dos. Dr. Fikrət Halis böyrək daşı xəstəliyinin ümumi bir xəstəlik olduğunu və tətbiq edilən üsulla xəstələrin bel nahiyəsindən bütün daşları bir anda çıxarmaq imkanının olduğunu bildirib.
"Böyrək daşı xəstəliyi geniş yayılmış xəstəlikdir. Böyrək daşları xəstələrdə anatomik pozğunluq, maddələr mübadiləsi problemi və ya ətraf mühit faktorları səbəbindən yaranır. Diqqət edilməzsə, bu xəstəlik zamanla xəstələrdə böyrək çatışmazlığına qədər inkişaf edə bilər”, – deyə baş həkim bildirib. /aztibb.az/