Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnətin faydaları və zərərləri

  • 2019.08.01 15:07
  • 7742 Baxış
Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnətin faydaları və zərərləri
Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnət nədir? Sünnətin faydaları və zərərləri. Sünnət etdirmək kişi cinsiyyət orqnının uc hissəsində dərinin kəsilməsi lə aparılan əməliyyatdır. Sünnət adətən yeniyetmə yaşına kimi olan oğlan uşaqlarına edilir. Tibbdə bu əməliyyatın adı sirkumizisiyadır. Yer kürəsində yaşayan kişilərin 1/6 hissəsi sünnət edilib. Sünnətin edilməsinin faydası müxtəlifdir. Medicina.az mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.
Dini inanaclara görə sünnət bütün müsəlman kişilərə şamil edilməlidir və bunu etdirməyən kişi müsəlman sayıla bilməz. Bəzi hindu qəbilələri arasında da sünnət etdirmək adətlərinə rast gəlmək mümükündür.

 

Tibbi baxımdan isə sünnətin aşağıdakı hallarda həyata keçirilir:
     pülük dəliyinin daralması      sidik axarlrında patoloji hallar olduqda      cinsiyyət orqanının anotomik quruluşunda paroloji hal müşahidə edildikdə.  
Sünnətin kişilərdə cinsi fəallığa da səbəb olması barədə qeydlər var. Bəzən tibbi ədəbiyyatlarda isə sünnətin kişi cinsiyyət orqanlarında infeksion xəstəliklərin qarşısını almaq xüsusiyyətinin olması da qeyd edilir. Hətta sünnətin kişini AİDS xəstəliyinə yoluxma təhlüksindən qoruma qabiliyyətinin olduğu da söylənilir.

 

Statiskikaya görə AİDS xəstəliklərinə yoluxan kişilər arasında sünnət olunanların sayı digərlərindən qat-qat çoxdur.
Avstraliya alimləri isə sünnət olunmuş kişilrin immundefisit virus xəstəliyinə nadir hallarda yoluxduqlarını qeyd edirlər.Sünnət olunmuş kişilərin zöhrəvi xəstəliklərə yoluxma şansı da az olur.  
Sünnət zamanı kəsilmiş dərinin penisin uc hissəsində hissiyatın pozumasına səbəb olduğu barədə düşünənlər də var. Onların fikrinə görə penisin baş hissəsi sinir ucları ilə zəngin olduğu üçün sünnət zamanı zədələnə bilər. Amma, əksər mütəxəsisslər sünnət olunmaq hətta orqazm zamanı kişinin vaxtından əvvəl boşlmasının qarşısını aldığını söyləyirlər.

 Sünnət etdirmək bizim dinimizə mənsub olan adətlərdən biridir. Bu adəti oğlan uşaqlarının yeniyetmə dövrünə qədər həll etmək isə daha məqsədəuyğun sayılır.

 Ayna Məmmədova Medicina.az

 
Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnətin faydaları və zərərləri
Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnətin faydaları və zərərləri
Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnətin faydaları və zərərləri