Böyük Britaniyanın bir qrup alimi bir neçə ildir davam edən laborator təcrübələrinin nəticələrini dərc ediblər.
Medicina.az xəbər verir ki, onlar son 50 ildə ümumilikdə kişilərin spermasını azaldan, zəiflədən maddələrin təsirini araşdırıb. Məlum olub ki, bisfenol -153 və dioksiftalat insan, eləcə də itlərin spermasına mənfi təsir edir.
Müəlliflər qeyd edir ki, son illər həkimlər də kişi spermasının keyfiyyətinin ciddi dərəcədə pozulduğunu tez-tez bəyan edir. Spermatozoidlərin orta norma sayı və hərəkətli hüceyrələrin sayı azalıb.
Bütün dünyada qloballaşan bu problemə səbəb kimi sənaye istahsaları tullantıları olan ftalat, dioksinlərin və buna bənzər maddələrin təsirindən şübhələniblər.
Ftalatlar plastmasların tərkibində çoxdur və plastmasdan orqanizmə keçən ftalatlar hormonal pozulmaya səbəb olur.
Bisfenol 153 isə yağlı duru maddədir, hansı ki, yanmır, elektrik keçirmir və istiliyi əla keçirir. XX əsrdə və indi də bu maddə çox texniki materiallarda istifadə olunur.
Bu iki maddə eləcə də süd vəzi xərçəngi, piylənmə, diabet də yaradır.
Bəs nəyə görə elmi təcrübə kişilərlə yanaşı itlər üzərində də aparılıb?
Çünki itlərdə də bu kimi problem qeydə alınır. Xüsusən insanla bir evdə yaşayan, eyni suyu içən ev heyvanların orqanizminə insanların istifadə etdiyi plastikdən zərərli maddələr keçir.
İnsan məişətində yaşayan itlərin də risk altında olduğunu deyən alimlər kişilərə bacardıqca plastmas və plastikdən uzaq durmağı tövsiyyə edir.