“Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsini qadağan etmək üçün təbliğata başlamaq lazımdır”.
Medicina.az xəbər verir ki, parlamentin vitse-spikeri Adil Əliyev parlamentdə çıxış edib.
“Çünki təlimatda ciddi çağırışlar var. Bizim hər birimizin toxunulmazlığı var. Ancaq koronovirusdan toxunulmazlıq səlahiyyətini kimsə bizə verməyib. Məqsədimiz cərimə etmək deyil, təmasdan yayınmaqdır. Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsini qadağan etmək üçün təbliğata başlamaq lazımdır”