Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərin məhəl qoymadığı xərçəng əlamətləri

  • 2023.05.30 21:20
  • 1382 Baxış
Kişilərin məhəl qoymadığı xərçəng  əlamətləri
Xərçəngin əlamətləri aylar öncə özünü göstərir, lakin əksər kişilər buna əhəmiyyət vermir. Cinsi əlaqə zamanı bəzi əlamətlər prostat xərçəngini göstərə bilər.


“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyovun sözlərinə görə, kişilər sidiyə getmə zamanı gördüyü dəyişiklikləri belə heç sayır.

“Testislər - kişilər yumurtalıqları fərqli hiss edirlər. Onlar daha da ağırlaşarsa, testis xərçənginin ilk əlaməti ola bilər. Hər hansı testis dəyişikliklərini ciddi qəbul edin. Bu sahədə xərçəng olduqca tez böyüyür və buna görə də mümkün qədər tez müalicə edilməlidir. Qan testi və USM xərçəngin olub-olmadığını göstərəcək.


Eakulyasiyada dəyişikliklər - sperma rəngini dəyişir, qəhvəyi rəng alır. Bu, prostat ilə bağlı problemləri, ən pis halda xərçəngi göstərə bilər. Palpasiya, qan testləri və ultrasəs diaqnoz qoymağa kömək edir.


Sidik - tez-tez sidiyə getmə, əvvəlki kimi axının olmaması, damcı şəkildə gəlməsi prostat vəzinin xəstəlikləri üçün də xarakterikdir. Bununla belə, siqaret çəkənlər bilməlidirlər ki, bunun arxasında sidik kisəsi xərçəngi ola bilər. Ağciyər xərçəngi ilə yanaşı, xərçəngin bu forması xüsusilə siqaret çəkənlər arasında yayılıb. Qan testi, ultrasəs və sistoskopiya məsələyə aydınlıq gətirir.

Süd vəzi- Bütün döş xərçənglərinin yüzdə biri kişilərə təsir göstərir. Əgər döş qəfəsində şiş varsa və ya döş qəfəsi bir yerdə sıxılırsa, kişilər də mammoloqa gedib USM olunmalıdır”.

Günay Quliyeva