Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərin intim həyatda uğurlu olması üçün - 5 İPUCLARI

  • 2021.05.06 16:52
  • 6136 Baxış
Kişilərin intim həyatda uğurlu olması üçün   - 5 İPUCLARI


Kişilər bəzən yataqda o qədər özlərinə aludə olub tələskənlik edir ki, adi qaydalara belə əməl etmir. Sonra da qadın məndən niyə soyudu, niyə bəyənmədi, nəyi düz etmədim deyə düşünə-düşünə qalır.

Medicina.az yataqda qadını tam ram etmək üçün kişilərin daim xatırlamalı olduqları 5 vacib məqamı araşdırıb.



1. Qadının düşündüyünüzdən də çox erogen nöqtələri var, onları tapın


Qadınınızı hər dəfə kəşf edin, nəvazişə impuls verdiyi nöqtələri qeyd edin. Çox qadınlarda bu zona qulaq və boyundur. Qulağına xoş söz deməklə, heç nə olan deyil. Sadəcə qulaqdan, boyundan elə baxışlarla başlayıb, elə ordan da nəvazişi göstərməlisiz. Qadın kişini birinci qulaqlarında hiss etməlidir. Ola bilər sizin qulağınız bir işə yaramır. Amma qadın qulaqları ən erogen hissədir. Ona görə özünü ehtiraslı göstərmək üçün birinci sinəyə əl çəkmək yox, nəvazişlə qulaq hissədən başlayın. Burda artıq fantaziyaları sizə buraxırıq. Çox incə, həssas, isti və asta olmaq lazımdır.




2. Seksdən sonra qadına fikrinizi bildirməyin, narazılıq etməyin

Qadına çox sag ol demək və ya dərhal hədiyyə vermək onları alçaldır və özlərini qədim peşə sahibləri kimi hiss edirlər. Sanki nəsə xidmət göstərib, müştəri çox sag ol deyir.


Seksdən sonra sadəcə onu qucaqlamaq və ya masaj etmək yerinə düşər.


Qətiyyən arxanızı ona çevirib xoruldamayın və ya tez geyinib işim var, gecikdim deməyin. Yaxud da öpüşləri azaltmayın. İntim münasibətdən sonrakı 15-20 dəqiqədə kişinin özünü necə göstərməsi qadının ürəyində və beynində necə yer tutacağına təsir edir.



3. Nə qədər uzun çəksə, o qədər yaxşıdır?


Bilirsiz ki, qadın hər əlaqə zamanı pik həddə çatmır. Qarşınıza məqsəd qoyub, onu bütün gecə boyu 3-5 dəfə orqazma çatdırmaq həvəsinə düşməyin. Bu qadın fiziologiyasına işgəncədir. Qadınlarda orqazm 2 tip olur. Bunlardan hansının ola biləcəyini təxmin edə bilməzsiz.

Qadın üçün seksin nəticəsi kişidən fərqlidir. Orqazm zamanı onun bədəni ağrıyır. Dəfələrlə bu həddə çatdırma, 1-2 gün sonra onda narahatlıq və ağrı hissi yaradacaq. Ona görə gələn dəfə sizə imtina edib, hətta uzaq qaça bilər. Qadını yoran kişini qadınlar sevmir



4. Süd vəziləri ilə ehtiyatlı olun


Süd vəziləri qadın orqanizminin ən həssas və ciddi sağlamlıq zonasıdır. Bəzi kişilər üçün əsas erogen zona sadəcə süd vəzilərinin uc hissəsidir. Amma bu yanlış fikirdir. Süd vəzilərinin, döş qəfəsinin bütünlükdə özünün ayrı hissələri də az həssas deyil. Süd vəzi uclarına qarşı kobud hərəkət ancaq seksin ən aktiv fazasında ola bilər.


Öncəki nəvazişlərdə ağrılı hərəkət və dişləmələr qadının dişini-dişinə sıxıb dözməsindən başqa bir hiss vermir. Siz sinə ilə daha incə və dərindən məşğul olmağı öyrənməlisiz. Bunun üçün müxtəlif masaj videoları var.

Süd vəzilərini əzib sıxmaq olmaz. Kişinin əlinin gücündən orda düyünlər sıxıla bilər.




5. Epilyasiyanı unutmayın, mütləq təmizlik və gigiyenaya əməl edin


Kişiyə hər şey olar, tüklər isə onun yaraşığıdır deyə düşünürsüzsə yanılırsız. İntim təmizliyə qadınlar çox həssasdır. Sizin də alt geyiminiz təmiz, səliqəli olmalı, intim nahiyədə isə artıq tüklər olmasa yaxşıdır. Düzdür, qadınlar bunu üzə vurmur, birtəhər dözə bilər, amma siz həmişəlik onun gözündən düşə bilərsiz. Ona görə vaxt azlığı, iş çoxluğu ilə təmizkarlığı arxa plana atmayın.