Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərin infarktdan sağ çıxma ehtimalı daha azdır

  • 2025.02.21 13:12
  • 274 Baxış
Kişilərin infarktdan sağ çıxma ehtimalı    daha azdır



Alimlər kişilərin niyə infarktdan daha az sağ qaldığını öyrəniblər.

“Medicina” xəbər verir ki, İsveç alimləri testosteron səviyyəsi ilə miokard infarktının şiddəti arasında əlaqə tapıblar.


Araşdırma göstərib ki, yüksək testosteron səviyyələrinin iltihab reaksiyasını artırdığını və kişilərdə qadınlara nisbətən daha ciddi ürək əzələsinin zədələnməsinə səbəb olduğunu göstərdi.

Siçanlar üzərində aparılan təcrübələr bu məlumatları təsdiqlədi: koronar arteriyanı bağladıqdan sonra kişilərdə qadınlara nisbətən daha geniş nekroz sahələri yarandı.


Kişilərdə testosteron səviyyəsi süni şəkildə azaldıqda, neytrofillərin sayı normala döndü. Bu da öz növbəsində heyvanların sağ qalma nisbətini artırdı.

Alimlər revmatoid artritin müalicəsində istifadə edilən dərmanlarla təcrübələrə xüsusi diqqət yetiriblər. Bu dərmanların kişilərdə infarktdan sonra iltihabı və ürəyin zədələnməsini azaltmaqda təsirli olduğu sübut edilmişdir.

Kəşf orqanizmin reaksiyasında cins fərqlərini nəzərə alan ürək-damar xəstəliklərinin yeni müalicə üsullarına yol aça bilər.


Aygün Musayeva