Google axtarış sistemində azərbaycanlıların ən çox axtarışa verdiyi mövzulardan birinin kişilərdə yaşanan erkən boşalma problemi olduğu məlum olub. Təsadüfi deyil ki, Medicina.az-ın "Həkimə sualın var” çat bölməsinə ünvanlanan suallar arasında da çoxluğu məhz bu məsələ təşkil edir.
Medicina.az-ın əməkdaşı problemin aktuallığını nəzərə alaraq mütəxəssis fikirlərini öyrənib.
Uroloq-androloq Anar Məmmədov bildirib ki, bunun iki səbəbi var: "Kişilərdə meydana gələn erkən boşalmanın səbəbləri həm psixoloji, həm də orqanik ola bilər. Çox zaman kişilər erkən boşalmadan əziyyət çəkdiklərini cinsi partnyorlarını dəyişdikləri zaman anlayırlar. Belə ki, bəzən kişi bir qadınla cinsi əlaqədə olarkən onu tam razı saldığı halda, başqa bir qadınla bir yerdə olduqda işi sona çatdırmadan boşalma yaşayır. Qadının narazı qalması isə kişinin depressiyaya düşməsinə səbəb olur və beləliklə də kişi özündə erkən boşalma probleminin olduğunu düşünür. Belə kişilər də adətən dərdinə çarəni iternetdə axtarırlar. Bu isə heç doğru deyil. Kişi əgər özündə erkən boşalma probleminin yarandığını düşünürsə, o zaman mütləq həkimə müraciət etməlidir. Bu həkim ya androloq, ya da seksopatoloq ola bilər. Çünki ola bilər ki, kişidə bu problem heç yoxdur, sadəcə olaraq psixoloji cəhətdən dəstək almasına ehtiyac var”.
Androloqun sözlərinə görə, erkən boşalma 90% hallarda psixoloji durumla əlaqəli olur.
Mütəxəssis daha bir maraqlı məqama diqqət çəkib. Bildirib ki, kişilərdə olan başqa bir problem də cinsi əlaqə zamanı həddən artıq tələsmələridir.
"Aydın məsələdir ki, qadının seksdən tam həzz alaraq orqazm olması üçün önsevişmə şərtdir. Kişi qadın orqazm olmadan boşalırsa, o zaman özünün erkən boşaldığını düşünür. Burda əsas məqam qadının orqazma çatdırılmasıdır. Yəni bu işdə texnika və təcrübə çox böyük rol oynayır. Kişilər cinsi aktı idarə edib, qadını da lazım olan vəziyyətə çatdırsalar, o zaman həm qadın həm də kişi cinsi əlaqədən zövq alaraq normal boşalacaqlar”.
A.Məmmədov qeyd edib ki, erkən boşalmanı medikanmentoz yolarla da aradan qaldırmaq mümkündür: "Bəzi hallarda ereksiyanın vaxtını uzatmaq üçün dərman preparatları təyin edilir. Lakin həkimlər bu preparatlardan sui-istifadəni məsləhət görmürlər. Çünki bu dərmanlar bir müddətdən sonra asılılıq yarada bilər.
Seksdə hər şey qarşılıqlı anlaşmadan asılıdır. Bu zaman aktiv olan tərəf işi sona çatdıraraq boşalma yaşaya bilir. Buna görə də cinsi əlaqə zamanı əsas üstünlük qadında olmalıdır. Çünki qadın gec orqazma gəlir və gec boşalır. Kişilərin səhvi onda olur ki, cinsi əlaqə zamanı tezliklə boşalmağa çalışırlar. Lakin onlar bilmədirlər ki, bu işdə kişilərin əsas missiyası özlərini tez boşaltmaq deyil, qadını boşaldaraq rahatlatmaqdır. Həmçinin kişilərdə bir balaca eqoistlik də olur. Onlar ilk növbədə öz rahatlıqlarını düşünürlər. Qadının vəziyyəti bəzən onlara heç maraqlı olmur. Nəticədə də qadınlarda boşala bilməmə, kişilərdə isə erkən boşalma kimi problemlər yaranır. Kişinin yataqdakı missiyası qadını orazma çatdırmaqdır. Əgər kişi erkən boşalma problemi yaşamaq istəmirsə o zaman qadını birinci rahatlatmalıdır”.
Medicina.az