Gender stereotipləri aqressiyaya səbəb ola bilər. Onların kişiliyi təhdid edildikdə, bəzi kişilər aqressiv reaksiya verir.
“Medicina” məlumatına görə, Duke Universitetinin yeni araşdırması göstərir ki, digər insanların fikirlərindən asılı olan gənc kişilər belə vəziyyətlərdən ən çox təsirlənirlər.
Həkim Adam Stanalandın sözlərinə görə, kişilərə qarşı sosial təzyiq nə qədr şox olarsa, onlar bir o qədər də aqressivləşirlər. Həmçinin kişilər ciddi gender normalarına əməl etmədiklərini hiss etdikdə, kişiliklərini sübut etmək üçün aqressiv davranmağa ehtiyac duya bilərlər.
İkili tədqiqata təxminən iki yüz tələbə, eləcə də 390-dan çox kişi (18-56 yaş) təsadüfi seçmə daxil edilib. İştirakçılar arasında “gender mövzuları” üzrə sorğu keçirilib. Bunlar idman, avtomexanika və ev təmiri kimi mövzular idi. Sualları təsadüfi cavablandırdıqdan sonra iştirakçılara orta göstəricidən daha yüksək və ya aşağı kişilik balı olduğu bildirilib.
Nəticələr təəccüblü idi, bəzi kişilər arasında aqressiv düşüncələr ortaya qoydu, digərləri isə yox. Kişilik duyğusu daxildən gələn kişilər, aşağı nəticədən geri çəkilməyiblər. Amma başqalarının fikrindən asılı olanlar aqressivlik nümayiş etdiriblər.
Günay Quluzadə