Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişiləri infarkt və xərçəngdən qoruyan içki açıqlandı

  • 2022.12.09 16:38
  • 7443 Baxış
Kişiləri infarkt və xərçəngdən qoruyan içki  açıqlandı


Yaşıl çayın tibbə az məlum xüssusiyyəti kişilərdə xərçəng və ürək xəstəliyinə qarşı effektivdir.


Bakupost.az xəbər verir ki, endokrinoloq Zuhra Pavlova yaşıl çayda olan yüksək miqdarda polifenol-epiqallokatexin qallatın kişi hormonal sisteminə təsirini açıqlayıb.

“Bu maddənin təsiri altında kişi hormonu testosteron və estradiolun aktivliynə cavabdeh aromataza fermenti azaldırılır.
Çox halda aromataza həddən artıq aktiv işlədikdə, hormonal disbalans yaranır və kişidə qadın hormonu çoxalır.
Bu da kişilərdə ürək-damar xəstəlikləri, xərçəng riskini dəfələrlə artırır.


Ona görə də yaşıl çay içmək kişilərdə bu arzuolunmaz prosesi tənzimləyir.

Qallat onkoprotektor kimi təsir edir, o həm şişlərin əmələ gəlməsi, həm də onların böyüməsinin qarşısını ala bilir.
Amma hər gün 3-5 fincan yaşıl çay içmək də olmaz. Onu yeməkdən 2-3 saat sonra gündə 1-2 fincan içmək yetərlidir.
Ümumiyyətlə, istənilən çayı yeməklə və ya dərhal sonra içmək olmaz. Bunlar güclü absorbentdir, qida ilə daxil olan
mineralları qovur”.

Aygün Musayeva