Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərə xəbərdarlıq - Bunu 2 stəkandan çox içməyin

  • 2021.12.22 16:14
  • 1735 Baxış
Kişilərə xəbərdarlıq -  Bunu 2 stəkandan çox içməyin
Məşhur həkimdən kişilərə mühüm tövsiyə: İki stəkandan artıq içməyin, yoxsa...

Südün həddindən artıq istifadəsi kişilərin sağlamlığına mənfi təsir göstərir, prostat vəzi xərçənginin inkişaf ehtimalını artırır.

Medicina.az xəbər verir ki, bu sözləri tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov “О самом главном” verilişinin efirində deyib.

Mütəxəssisin sözlərinə görə, süd ən sağlam qidalardan biridir, lakin kalsiumun çoxluğu sağlamlıq üçün də təhlükə ola bilər.

Həkim xəbərdarlıq edib ki, təzə inək südünün həddindən artıq içilməsi kişilərdə prostat vəzi xərçənginin inkişafına kömək edir ki, bunu da statistik hesablamalar təsdiq edir. Bununla belə, Myasnikov qeyd edib ki, südün təhlükəsi elmi ictimaiyyət tərəfindən sübuta yetirilməyib və ya inkar edilməyib.

“Kişilər üçün süd istifadəsini 300 mililitrlə, yəni gündə iki stəkanla məhdudlaşdırmaq lazımdır”, - Myasnikov yekunda deyib.