Saunalar və isti vannalar kişi sonsuzluğuna gətirib çıxarır.
“Medicina” xəbər verir ki, uroloq- androloq Hüseyn Sadıxov saunadan tez-tez istifadə və isti vanna qəbul etmək vərdişi kişilərin cinsi zəiflik və sonsuzluqla üzləşə biləcəyini deyib.
“Kişi tez-tez isti vanna qəbul edərsə, xaya toxumasının fəaliyyəti pisləşir, bu da sperma keyfiyyətinin azalmasına və kişi sonsuzluğunun inkişafına səbəb olur.
Xayalar üçün optimal temperatur rejimi 34 dərəcədir.
Kişi bədənində, xüsusən də qasıq zonasının yüksək temperaturun tez-tez və uzun müddətə məruz qalması libidonu azalda bilər ki, bu da Leydig hüceyrələri tərəfindən testosteron istehsalının davamlı azalması ilə əlaqələndirilir.
Beləliklə tez-tez saunaya, hamama baş çəkən və ya daim isti vanna qəbul edən kişilər üçün erektil disfunksiya inkişaf etdirmək üçün ciddi risk var.
Ümumiyyətlə isti vanna qəbulu yaxud isti su ilə duş almaq insan orqanizmisinə mənfi təsir göstərir. Əsas da qan – damar sisteminin genişlənməsinə gətirib çıxardır”.
Günay Quliyeva