Testosteron defisiti sindromu kişilərdə çox faciəvi narazılıq və bədbinlik simptomları yaradır.
"Medicina" xəbər verir ki, evi, işi, ailəsi olmasına baxmayaraq, həyat eşqi sönən, özünü yorğun, bədbin hiss edən kişiləri daha çox psixiatra yönəldib, antidepressant təyin edirlər.
Bu onları daha da çıxılmaz dalana salır.
Həkim Marion Gluk bildirir ki, ona müraciət edən dərin depressiyada olan, saatlarla yataqda uzanıb heç bir şeyə, hətta qadına marağı olmayan kişiləri o testosteron analizindən keçirir.
"Kişilər bunu belə izah edir ki, sanki qaranlıq tunelə girmişəm, işıq görmürəm.
Mən təhlillərimdə bu kişiləri birləşdirən 3 amili tapdım: 40 yaş sindromu, depressiya, aşağı testosteron
Təəssüf ki, nevroloq və psixiatrlar aşağı testosteron, kəskin defisit zamanı simptomları bilmirlər.
Bunlar depressiya ilə çox oxşardır.
- Zəif cinsi istək
- Erektil disfunksiya
- Depressiya
- Diqqət və yaddaş zəifliyi
- Kaprizlər, qıcıqlanma, daim narazılıq
- Əzələ gücünün azalması
- Ümumi halsızlıq, tənbəllik
- Ətrafdan qaçmaq
- Saçların, tüklərin tökülməsi
- Beldə, qarında piylənmə
- Qadın döşünə bənzər forma
- Sonsuzluq
- Dərinin qocalması
- Həyatdan zövq almamaq, marağının olmaması
Ona görə həyatdan küsmüş kişilərin müalicəsi birinci hormonlardan başlamalıdır.
Aygün Musayeva
Nendede zeyiflik olur