Kişilərdə də son zamanlar süd vəzisi xərçəngi diaqnozu artıb.
"Medicina" xəbər verir ki, onkoloq Aleksandra Haas kişilərdə süd vəzi onkologiyasının 3 əsas əlamətini açıqlayıb.
Xarakterik əlamətlərdən biri qolaltında qabarıq, şişkinliyin olması, süd vəzi giləsindən qanlı, irinli axıntı, eləcə də qolaltı, körpücük sümük, kürəkdə iti ağrılardır.
Süd vəzi xərçəngi adətən 60 yaşından sonra kişilərdə aşkarlanır.
Çox zaman təsadüfən rentgendə, KT-də çıxır.
Risk qrupunda qanda estrogen hormonu yüksək olanlar, artıq çəki və qaraciyər problemi olanlardır.
Kişilər bu problemdən şübhə olduqda onkoloq, mammoloqa getməlidir
Aygün Musayeva