Kişilərdə olan sonsuzluğun ən birinci səbəblərindən biri azospermi, başqa sözlə sperma nümunəsində bir dənə də olsun spermatazoidin olmamasıdır.
Sonsuzluqdan əziyyət çəkən kişilərin 10 – 15%-də azospermiyaya rast gəlinir.
Azospermi 2 cür olur: sperma kanallarının bağlı olması və əksinə bağlı olmaması zamanı müşahidə edilən.
Kanalların tıxanıqlığı ilə bağlı olan azospermi doğuşdan sperma kanalarının bir hissəsinin inkişaf etməməsi, genital infeksiyalar və cərrahı əməliyyatlardan sonra meydana çıxır. Tıxanıqlıqla bağlı olmayan azospemiler isə genetik pozuntular, xayaların anadangəlmə olaraq yuxarı kanallarda qalması, xayaların burulması, bir çox infeksiyalar və radiasiya kimi səbəblərlə bağlı inkişaf edə bilər. Tıxanıqlıq səbəbindən meydana gələn azospermi zamanı kanalların açılması üçün cərrahı müdaxilə tətbiq edilir. Əməliyyat uğuqlu olmadıqda isə cərrahı yolla toxum əldə edilir və mikroinyeksiya tətbiq olunur. Bu üsulla əldə edilən spermatazoidlər süni mayalanma zamanı tətbiq edilsə də müvəffəqiyyət şansı çox aşağıdır.
Normal həyatda heç bir əlaməti olmadığı üçün bu problemi vaxtında müəyyən etmək çətin olur. Əgər hamiləlik üçün cəhdlər boşa çıxırsa bu zaman azospermidən şübhələnmək olar.
Medicina.az bildirir ki, xalq təbabəti yolu ilə spermanın sayını və keyfiyyətini artırmaq mümkündür.
Reseptlər:
1)1 ç/q yovşan toxumunun üzərinə qaynar su əlavə edin. 1 gün saxlayın. Daha sonra süzərək gün ərzində 3-4 dəfədən az olmamaqla 1 x/q için. Müalicə kursunun müddəti 2 həftədir.
2)1 ç/q bağayarpağı toxumlarının üzərinə bir miqdar su tökərək vam odda qaynamağa qoyun. 10 dəqiqə qaynadın və sonra qazı söndürün. Məhlulu gün ərzində 3-4 dəfə 1 x/q olmaqla 2 həftə müddətində qəbul edin.
Arzu
Medicina.az