Son zamanlar bütün dünyada ginekoloqlar və androloqlar kişilərdə cinsi zəiflik, spermoqrammada dəyişikliklərdən və pozulmaların artmasından şikayətlənir.
“Medicina” xəbər verir ki, xəstələrdə müalicə ilə yanaşı pəhriz də vacibdir.
Çünki istər kişi, istər qadın cinsi funksiyaları qidalardan çox asılıdır.
Kişi eakulyasiyası üçün əsas ərzaqların siyahısını və dietanı təqdim edirik.
Kişilər nə yeməlidir?
- Əsas çərəzlərdən qoz, badam – sink tərkibli olduğu üçün spermi normallaşdırır. Hər gün 10ədəd yemək olar.
- Banan – onda çox A, B, C vitamini var.
- Təzə göyərtilərlə sarımsaq salatı.. testosteronu yaxşı qaldırır.
- Sarımsaqda olan Selen spermatozoidlərin keyfiyyətni artırır.
- Pomidor və suyu. Likopin damar və kapilyarları yaxşılaşdırır, siqaretdən qanda yığılan nikotini zərərsizləşdirir
- Balqabaq tumu – sink, maqnezium, Omeqa 3 kişi cinsi hormonlarını yaxşılaşdırır.
- Yumurta – sarısı lütein mənbəyidir.
Eləcə də kişilər zülal, protein üçün ət məhsulları yeməlidir:
dəniz məhsulları, qırmızı balıq, kürü, qaraciyəri, krevet - spermi yaxşılaşdırır.
Toyuq əti, quzu əti, mal əti, hind quşu, mal qaraciyəri həftədə 2 dəfə yeyilməlidir.
Eləcə də bol maye, bitki çayları içmək də yaxşıdır.
Energetik, spirtli, qazlı içkilərdən uzaq durmaq lazımdır.
Aygün Musayeva