Şüurumuzda dazlaşmanın kişilərdə müdrikliyin və ya sadəcə qocalığın əlaməti olduğuna dair bir stereotip kök salıb.
"Medicina" xəbər verir ki, tibbi nöqteyi-nəzərdən başda dazlaşma ocaqlarının görünməsi müəyyənxəstəliyin və ya vitamin çatışmazlığının əlamətidir.
Son dövrlərdə həkimlər tez-tez 20 yaşlı gənclərə, hətta ailələrində heç kim bu xəstəlikdən əziyyət çəkməsə belə keçəllik diaqnozu qoyurlar. Yaşından asılı olmayaraq, saç ötüyünün incəlməsi həyat keyfiyyətini azaldır.
Gündəlik normada tökülmə miqdarı 50-100 tükdür. Bundan çox sayda tökülürsə və daraq tüklə dolursa, dərhal müalicə etdirilməlidir. Əlavə bir əlamət köklə (dəri) ilə birlikdə saç tökülməsidir.
Kişilərdə saç tökülməsinə səbəb androgenetik - patologiya hormonal pozğunluqlar fonunda və ya genetik olaraq xəstəliyə meylli olan kişilərdə inkişaf edir. Bu tip xəstəlik 75% hallarda diaqnoz olunur.
Diffuz - saç tökülməsi başın bütün səthinə düşür. Hormonal pozğunluqlar, stress,xroniki yoluxucu xəstəliklər, dermatoloji xəstəliklər, ağır onkoloji xəstəliklərdən sonra baş verə bilir.
Acqalma, pəhriz, orqanizmdə sink, dəmir, B, C və E vitaminlərinin çatışmazlığı baş verdikdə də . saç tökülməsinə səbəb ola və ya artıra bilər, mədə-bağırsaq traktının xəstəlikləri, mantar xəstəlikləri,psixoloji problemlər, xərçəngin kimyaterapiya müalicəsi ,qaraciyər xəstəlikləri və digər patologiyalar da saçı tökür.
Yanlış saç baxımı erkən kişi tipi keçəlliyə səbəb ola bilməz. Zərərli gel və şampunların istifadəsi sadəcə mövcud xəstəliklə birlikdə problemi daha da gücləndirir.
Günay