Dəmir defisitli anemiya bəzən onkoloji proseslərdən xəbər verə bilər.
Xüsusən kişilərdə ciddi anemiya aşkarlanarsa, təcili yoxlanmaq lazımdır.
“Medicina” xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikovun sözlərinə görə, kişilərdə ət yeməklə bağlı defisit olmadığı üçün nadir halda ciddi anemiya olur.
“Əgər kişinin analizlərində qanazlığı görünərsə, bu o deməkdir ki, o qan itirir.
Bu mədə xorası, polip, bağırsaq xərçəngində ola bilər.
Qadınlarda da anemiya xroniki yorğunluq, doğuş və s.-dən ola bilər. Əgər onlarda çox ciddi yorğunluq varsa, mütləq törəmələrə görə yoxlanmalıdırlar.
Əgər qadın qan itirirsə, amma mioması yoxdursa, o zaman bağırsaq kolonoskopiya olunmalıdır.
Anemiyanın zahiri əlamətləri:
- Ağarmış dəri
- Təngnəfəslik
- Ürəkdöyünmə
- Qulaqda küy
- Saç tökülməsi
- Halsızlıq
- Narahat ayaqlar sindromu
- Udmada çətinlik
Aygün Musayeva