Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərdə qadınlaşma: süd vəzilərinin böyüməsi artır – Həkim

  • 2022.12.08 15:18
  • 4344 Baxış
Kişilərdə qadınlaşma: süd vəzilərinin böyüməsi artır  – Həkim


Ginekomastiya və ya kişilərdə süd vəzilərinin qadınsayağı anormal böyüməsi artıq müasir kişilərdə çox rast gəlinən haldır.


Bakupost.az xəbər verir ki, rusiyalı endokrinoloq Zuhra Pavlova kişilərdə rast gəlinən bu halın səbəbi ilə bağlı açıqlama verib.

“Bu risk daha çox artıq çəkisi və piylənməsi olan kişilərdə inkişaf edir. Və kişi nə qədər böyük və ağırdırsa, süd vəzilərinin böyüməsi riski o qədər çox olur.

Ginekomastiya yalançı da ola bilər.

Bu halda süd vəzi piy toxuması hesabına böyüyür. Hazırda 3 kişidən birində həqiqi ginekomastiya, yəni süd vəzinin özünün böyüməsi rastlanır.

Bu zaman onlarda hormonal pozuntular, cinsi istəyin azalması, tüklərin tökülməsi, səs tembrinin dəyişməsi də baş verir.
Hazırda Yer üzündə 65 faiz kişidə bu hal başlayıb.

Süd vəzinin böyüməsi oğlan uşaqlarında da başlaya bilər.

Belə kişilər və uşaqlar endokrinoloq müalicəsində olmalıdır. Çünki kişilərdə belə qadın xəstəliyi gələcəkdə süd vəzi xərçəngi riskini də artırır.

Ginkomastiyanın müalicəsi hormonal və cərrahi əməliyyatdır”.

Aygün Musayeva
BakuPost