Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərdə prostat genişlənməsi- Əlamətləri

  • 2024.02.05 18:45
  • 1027 Baxış
Kişilərdə prostat genişlənməsi - Əlamətləri


Prostatla bağlı müxtəlif xəstəliklər mövcuddur. Ən geniş yayılanı isə prostat genişlənməsidir.

Medicina.az-ın məlumatına görə, tədqiqatlar göstərir ki, prostat genişlənməsi 50 yaşa qədər kişilərin 25%, 50-80 yaş arası kişilərin isə 90% -də baş verir.


Prostat genişlənməsinin dəqiq səbəbi bilinməsə də, ən geniş yayılmış səbəbi yaşlanmadır. Xəstəliyin yaranmasında genetik faktorlarda əsas rol oynayır. Ailədə kimdə olubsa, gələcəkdə övladında da bu xəstəlik baş verə bilər.

Bundan əlavə, bəzi ətraf mühit amilləri və qidalanma ilə əlaqəsi araşdırılsa da, o qədər də tutarlı nəticə alınmayıb. Son illərdə piylənmə və prostat genişlənməsi arasındakı əlaqəni göstərmək üçün tədqiqatlar aparılmışdır. Buna görə artan bədən çəkisi, bədənin kütlə indeksi və göbək ətrafı ilə prostat ölçüsünün artmasının əlaqəli olduğu göstərilmişdir. Qırmızı ət, yağ, karbohidratlar, quş əti ilə qidalanma prostat vəzinin böyüməsi riskini artırır

Tərəvəz, doymamış yağ turşuları, linoleik turşu, D vitamini və müntəzəm məşqlər prostat genişlənməsi riskini azaldır.

Prostat böyüdükcə sidik kanalının darlaşdırır və sidiyin bədəndən xaric olunmasına maneə törətməyə başlayır. Prostat vəzi genişləndikdə sidik kisəsi tamamilə boşala bilmir və qalan sidik təkrarlanan infeksiyalara və böyrək funksiyasının daimi pozulmasına səbəb ola bilər. Tıxanma dərəcəsindən asılı olaraq xəstələrdə sidiyə düzgün çıxa bilməməklə bağlı şikayətlənmə halları olur.


Əlamətləri:

Sidik axımının intensivliyinin azalması
Sidiyə çıxmaqda çətinlik,
Sidiyin kəsilməsi
Sidik kisəsində tez-tez yalançı simptomlar
Gecə tez-tez tualetə getmə və s.


Xəstə uroloqa müraciət etməli və müayinə olunmalıdır. PSA (Prostat spesifik antigen) təhlili, sidik analizi, rektal müayinə və zəruri hallarda əlavə müayinə metodları prostat genişlənməsinin xoşxassəli olduğunu aşkar edə bilər. Əgər bu müayinələrdə hər hansı bir problem yoxdursa, xəstəyə prostat genişlənməsi diaqnozu qoyulur. Prostat genişlənməsinin dərəcəsini təyin etmək üçün ultrasonoqrafiya müayinəsi aparılır. Prostatın genişlənmə dərəcəsindən asılı olaraq, müalicə növü dəyişir, tibbi müalicə (dərman) və ya cərrahi müalicəyə (prostat əməliyyatı) qərar verilir.

Prostat ölçüsü 100 qr və ondan yuxarı olan xəstələrdə açıq prostat əməliyyatı edilə bilər.

Bu əməliyyatda xəstənin dərisi, dərialtı toxumaları və sidik kisəsi açılır və prostat barmağın köməyi ilə çıxarılır.

Əməliyyat zamanı yüksək qanaxma riski olduğuna görə əvvəlcədən ehtiyat qan kisələri hazır saxlanılmalıdır. Əməliyyatdan sonra uzun müddət xəstəxanada, həkim nəzarətində qalmalıdır.


Aygün Musayeva