Kişilərin qatili onların önə çıxan qarınları hesab edilə bilər.
Ürək-damar problemlərinin səbəblərindən başlıcası qarın piylənməsidir.
"Medicina" xəbər verir ki. uroloq Qebriye Mark qarının təhlükəli ölçüsünü açıqlayıb.
" Piylənmə ömrü orta hesabla on il qısaldır. 60 yaşdan sonra itirilən hər əlavə 3 kiloqram ömrün azı 2-3 il uzanmasını təmin edə bilər.
Həkimin qeyd etdiyi kimi, elmi araşdırmalar artıq çəki ilə bütün təhlükəli xəstəliklər arasında əlaqəni təsdiqləyir.
Kişilər üçün bel və qarın dairəsi 94 sm-dən çox artıq problemdir, 102 sm-dən çox böyük problemlər deməkdir.
Beli 102-dən çox olanlarda aşağıdakı xəstəlik və pozulmalar yaranır.
- Şəkər xəstəliyi
- yüksək təzyiq
- damar tıxanması
- Cinsi problemlər;
- oynaq iltihabı
- mədə-bağırsaq xərçəngi
-sonsuzluq
- Prostat və böyrək xərçəngi
-Damar genişlənməsi, varikoz
Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutunun məlumatına görə, bel çevrəsinin insanın boyunun ölçüsünün yarısından çox olması sağlamlıq riskinin daha böyük olduğunu göstərir. Kişinin boyu 170 sm-dirsə, beli 80 sm-dən, 180 sm 90 sm-dən çox olmamalıdır.
Aygün Musayeva