Kişilərdə süd vəzində şişlər niyə yaranır? hansı kişilər risk altındadır? Süd vəzi xərçəngi necə aşkarlanır?
Nə qədər qəribə azrastlanan olsa da müasir dövrdə kişilərdə də süd vəzilərdə xərçəngin yaranması riski artıb və artıq bu diaqnoz aşkarlanan kişilərin sayı artır. Əlbəttə süd vəzi xərçəngi qadınlarda 90% halda çox rast gəlinir. Amma ən kiçik ölkədə belə ildə 40-60 kişidə bu xəstəlik tapılır.
Medicina.az kişilərdə bədxassəli törəmələrin yaranma səbəbləri və əlamətlərini təqdim edir.
Əsas səbəb kişilərdə hormonal fonun pozulması və bərpa olmamasıdır.
Eləcə də yaşı 60-a çatan kişilərdə bu risk artır.
- Genetik irsi səbəblər
- Radiasion şüalanma – iş yeri, yaşayış yeri ilə bağlı
- Tez –tez KT, rentgen müayinələrdən döş qəfəsinin keçirilməsi
- Estrogen tərkibli qida və dərmanların qəbulu
- Xayaların patologiyası
- Alkoqoldan çox istifadə
- Kimyəvi maddələlər zəhərlənmə, zərərli iş
- Artıq çəki
Kişilərdə süd vəzi xərçənginin əlamətləri
- Süd vəzilərinin ya birinin, ya da ikisinin ölçüsünün böyüməsi, bərkiməsi, şişməsi
- Süd vəzi giləsi ətrafında nahamarlıq, düyünlər
- Gilədən axıntı
- Dərinin qabıqlanması, quruması, qızarması
- Qaşınma
- Qolaltında limfa düyünlərinin böyüməsi
- Süd vəzilərində istilik
Kişilərdə qadınlara nisbədən süd vəzilərin kiçik və hamar olması səbəbindən onlarda şişin tez müddətdə ətrafa yayılmasına səbəb olur.
Kişilər hormonal disbalansı hiss etmir, ağrıya, dəyişikliyə fikir vermir, heç vaxt mammoloqa getmir, ümumiyyətlə süd vəzilərini UZİ etdirmir.
Ona görə də qadınlara nisbətən onlarda bu xəstəlik çox gec, təsadüfən, sonuncu mərhələdə aşkarlanır. Kişilər ağciyərlərdə, döş qəfəsində ağrılardan rentgen və ya MRT olunduqda süd vəzilərində törəmə aşkarlana bilir.
Müayinə üçün
Kişini onkoloq mammoloq müayinə edir, MRT və ya KT edilir, analizlər verilir, biopsiya götürülür
Müalicə elə bütün süd vəzi xərçəngində olduğu kimidir.
Çox erkən, I dərəcədə aşkarlananda, yaşama şansı və xilas olmaq imkanı yüksəkdir