Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərdə dazlaşmanın əsl səbəbi - Əsas dərmanlar

  • 2022.08.11 15:50
  • 2593 Baxış
Kişilərdə dazlaşmanın əsl səbəbi  - Əsas dərmanlar

Kişilərdə erkən və qəfil dazlaşmanın, saç tökülməsinin səbəbi hormonaldır.

Bakupost.az xəbər verir ki, Amerika Saç tökulməsi üzrə assosiasiyanın rəhbəri Spenser Kobren kişilərin dərdi olan dazlaşmanın əsas səbəbini açıqlayıb.



Statistikaya görə, kişilərin 70%-i 35 yaşa kimi keçəlləşir, 50 yaşdan sonra bu rəqəm 80%-ə çatır.
Trixoloqun uzun illərin təcrübəsinə görə, ocaqlı, yuvalı dazlaşmanın səbəbi diqidrotestosteron- bioloji aktiv maddədir. Bu maddənin əsas kişi hormonu testosteron hasil edir. Onun yüksəlməsi nətcəsində tük follikullarının böyüməsi dayanır, proses qırılır.

"Bu əslində xəstəlikdir, özü də çətin müalicə olunan. Əgər bədəndə də tüklər tökülürsə, bu immun sistemin səhvən öz tük köklərinə hücum etməsi nəticəsində olur.

Aktiv saç tökülməsi başlayıbsa, mütəxəssisə müraciət edib, hormonal terapiya almaq lazımdır. Ən çox istifadə olunan dərmanlar isə finasterid və minoksidildir.

Kobren bildirib ki, psixoloji hazırlıqlı olmaq üçün, hələ tam dazlaşmamış başınızı keçəl edin və buna alışın.