Son zamanlar kişi cinsi orqanının böyüdülməsi kimi aktual məsələdən istifadə edib bir çox prosedurlar, inyeksiyalar və dərmanlar icad olunur. Bu məsələdə şarlatanların artdığını nəzərə alaraq, ekspertlər bir çox prosedurların saxta və nəticəsiz olması barədə məlumat verib.
Medicina.az xəbər verir ki, araşdırmalar göstərib ki, istər cərrahi, istərsə də qeyri-cərrahi 21 tip prosedurun 90%-i heç bir effekt verməmiş, cinsiyyət orqanında zədə, şram və ya deformasiyalar yaratmış, sonradan kişilərdə ağır psixoloji duruma səbəb olmuşdur.
Belə prosedurlardan keçən 1192 kişi arasında aparılan sorğuya görə, onların 86%-i keçirdiyi prosedurların nəticəsindən razı qalmamışdır.
Ümumi nəticələr pis, risk isə yüksək idi. Bu prosedulardan sonra erektil disfunksiya, penisin daha da kiçilməsi ilə üzləşənlər olub.
Qiymətləri heç də ucuz olmayan bu prosedurlardan sonra qısa müddətə şişkinlik, böyümə olur və 1-2 il sonra orqan eybəcər vəziyyətə düşür.
Hazırda kişilər üzərində tətbiq olunan 2 məşhur prosedur var: dərialtı inyeksiya ilə orqanın süni olaraq dolğunlaşdırılması və Liqamentomiya adlı əməliyyatla penisi saxlayan bağların üzərində əməliyyat. Bu bağlar çanaq sümüklərinə kimi dərinliyə kimi uzanıb gedir. Onların dartılması və çarpazlaşdırılması ilə penis vizual olaraq uzun görünür.
Belə prosedurlar adətən özəl klinikalarda keçirilir. Dövlət xəstəxanalarında hər ürəyi istəyənə bu əməliyyat oluna bilməz, yalnız ciddi travmadan sonra kosmetik məqsədlə edilə bilər.
Ona görə indi hər özəl və kosmetik klinikalar hətta normal cinsiyyət orqanı olan kişiləri də cəlb edir və onları bunun zərərsiz olmasına inandırır.
Bu isə tibbi baxımdan qanunsuz və etik deyil.
Cinsiyyət orqanı deformasiyaya uğrayan bir neçə pasiyent bu kimi əməliyyatlardan sonra hətta özünə qəsd də etmək istəyib.